Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər dünyasını dəyişib.
Bu haqda məlumatı AZXEBER.COM-a mərhumun yaxınları verib.
Millət vəkili Aydın Mirzəzadə də sosial şəbəkədə başsağlığı verib.
Qeyd edək ki, Tahir Əkbər uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.