“Evdə izləyib, son qərarı verəcəm” - Qurban Qurbanov

“Evdə izləyib, son qərarı verəcəm” - Qurban Qurbanov
İDMAN
21:48 14.03.2018
2937

Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Neftçi” ilə bərabərə qalan (0:0) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

"Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. "Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım”.

- Sanki Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...

- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.

- İkinci hissədə "Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdız?

- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.

- Komanda sanki ikinci hissədə geriyə oturdu.

- "Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. Rəqib çox istəkli idi. "Neftçi” üçün də çətin anlar oldu. 

- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz.

- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidi.

- "Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...

- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidi.

- Ufuk Budak milliyə dəvət olunub?

- Bəli, dəvət olub, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək.

- Millinin heyəti nə vaxt açıqlanacaq?

- İnşallah, "Sumqayıt” - "Kəpəz” oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib, son qərarı verəcəm.

- Millidə sürpriz adlar olacaq?

- Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm.


 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir