Formula 1-ə bilet alanlar dünya ulduzları ilə görüşə biləcəklər

Formula 1-ə bilet alanlar dünya ulduzları ilə görüşə biləcəklər
İDMAN
14:41 12.04.2018
4949
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə bileti olan tamaşaçılar arasında dünya ulduzları ilə şəxsən görüşmək imkanı verən müsabiqə keçirir.

AZXEBER.COM xəbər verir ki, müsabiqənin qalibləri aprelin 27-də "Jamiroquai” qrupunun solisti Jay Kay, bir gün sonra isə Kristina Aqilera ilə üz-üzə görüşərək səmimi söhbət edə biləcəklər. Hər ulduz üçün 3 şanslı qalibin seçiləcəyi müsabiqədə yalnız həmin günlərə bileti olan tamaşaçılar iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyən hər bir tamaşaçı sevdiyi dünya ulduzu ilə niyə məhz özünün görüşməli olduğunu şəkil və ya qısa video vasitəsilə izah edərək bu məlumatı "Instagram” və ya "Twitter”də həmin ulduza dair haştaqla paylaşmalı və @bakucitycircuit hesabını bu paylaşımda işarələməlidir.

Jay Kay ilə görüşmək istəyənlər #MeetJK, Kristina Aqilera ilə görüşmək istəyənlər isə #MeetXtina haştaqından istifadə etməlidirlər.

Qaliblər BŞH-nin rəsmi vebsaytında (www.bakucitycircuit.com) aparılan səsvermə ilə müəyyənləşdiriləcək. Aprelin 20-dək davam edəcək səsvermə hamı üçün açıqdır. Gün ərzində hər bir şəxs yalnız 1 dəfə səs verə bilər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai builki Azərbaycan Qran-Prisinin tamaşaçıları üçün yeni imkanlar yaradıldığını bildirib: "Biz hər il olduğu kimi, bu il də Azərbaycan Qran-Prisini izləməyə gələnlər üçün yarışdan daha artığını təqdim edirik. Builki yarış həftəsonunda yenə dünya ulduzları və məşhur DJ-lər Bakıda hər gün bizlərə yarış həyəcanından sonra möhtəşəm əyləncə coşğusu yaşadacaqlar.

Yarışa bileti olan hər bir kəs dünya ulduzlarının və DJ-lərin konsertlərində iştirak edə və onların canlı performanslarına yerində şahid ola biləcək. Bu müsabiqə ilə biz ulduzları sizə daha yaxın edirik və qalib gələcəyiniz təqdirdə onlarla üz-üzə görüşərək səmimi söhbət etmək imkanı əldə edəcəksiniz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir