Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.