5 yaşlı uşağı maşın vuraraq öldürdü

5 yaşlı uşağı maşın vuraraq öldürdü
SOSİAL
12:21 07.05.2018
2756
Bakıda 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, hadisə mayın 6-da saat 15 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi "QAZel” markalı avtomobillə 5 yaşlı İbrahim Köçəriyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR