“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı
İQTİSADİYYAT
18:01 14.08.2018
5834
"Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində ötən il olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı. 14 avqust 2018-ci il tarixdə ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir modern.az saytı ilə birgə təşkil edildi. Mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə "Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün balans təqdim edildi.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazandılar. "Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzuladı:

"Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə gənclərimizi təbrik etmək "Nar” olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilmişdir. Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır”, - deyə Əziz Axundov qeyd etdi.

Təhsil "Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən "Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2 milyondan artıq20 istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 93%-ni əhatə edən və 7000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
 
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu