"Mətanət A” şirkəti vakansiya elan edir
İşin təsviri:
* İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ekoloji Menecment standartlarına (EMS) keçidlə bağlı şirkətin normativ sənədlərini yeniləmək. Zəruri sənədləri hazırlamaq;
* Şirkətin struktur bölmələrində KİS və EMS üzrə daxili proseduraların tətbiqinə nəzarət etmək,
* Daxili təlimlərin keçirilməsi və tədrisin qiymətləndirilməsi;
* Təlimatların, iş axını sxemlərin, nəzarət kartların hazırlanması və razılaşdırlmasını təmin etmək;
* İSO 9001:2015/EMS üzrə siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını təşkil etmək;
* Şirkətin struktur bölmələrinin İSO 9001:2015/EMS idarəetmə sistemi üzrə daxili auditlərinin aparılması;
* İSO 9001:2015/EMS prosesləri, prosedurları və qaydalarını şirkətin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə iştirak etmək;
* Ümumi risklərin qiymətləndirilməsi və imkanların təhlili;
Əmək haqqı:
* Razılaşma yolu ilə.
İş şəraiti:
* İş saatı: 09-00-dan 18-00-dək;
* İstirahət: Şənbə və bazar günü.
Tələblər:
* Yaş həddi: 28-40
* Ali təhsilli (menecment, və ya standartlaşdırma və sertifikasiya sahəsində), və ya texniki yönümlü ali təhsil
* İş təcrübəsi: Bu sahə üzrə minimum 2 il təcrübə;
* Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 9001:2015, İSO 9001:2015 sertifikatlara malik olması);
* İSO 14001:2015 - Ekoloji Menecment Sistemi sahəsində müvafiq kurslarda iştirak. (İSO 14001:2015 sertifikatlara malik olması);
* KİS və EMS daxili audit sahəsində müvafiq kurslarda iştirak;
* Azərbaycan və rus dilini mükəmməl bilmək, ingilis dilini bilməsi arzuolunandır;
* Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
Şəxsi keyfiyyətləri:
* Liderlik;
* İşə planlı yanaşma;
* Fikrini izah etmək qabliyyəti;
* Ünsiyyət yaratmaq bacarığı;
* Analitik düşünmə qabiliyyəti;
* Fəallıq.
Əlavə şərtlər:
* Ezamiyyət imkanları;
Əlavə tələblər:
* Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Qeyd:
* İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
* Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər; * Maraqlananlar saytda onlayn-anketi dolduraraq [email protected] ünvanına göndərə bilərlər.