Toyda kütləvi dava - Xəsarət alanlar var

Toyda kütləvi dava - Xəsarət alanlar var
SOSİAL
10:10 28.08.2018
3084
Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər oğlu Məmmədov və 33 yaşlı daha bir şəxs kütləvi dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Onlardan Z.Məmmədovun vəziyyətinin orta-ağır, digər iki şəxsin isə qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR