“Qarabağ” “Şerif”ə qarşı - Start heyətlər açıqlandı

“Qarabağ” “Şerif”ə qarşı - Start heyətlər açıqlandı
İDMAN
21:06 30.08.2018
5001
Futbol üzrə UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində saat 21:00-da başlayacaq cavab matçında qarşılaşacaq "Qarabağ” və "Şerif” komandalarının start heyətləri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Ağdam komandasının start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnoset Emeqara, Mahir Mədətov, Rəşad Sadıqov, Abdullah Zubir, Filip Ozobiç, Bədavi Hüseynov və Donald Gerye yer alacaqlar.

Moldova təmsilçisinin ilk onbirliyində isə meydana Sergey Paşenko, Petr Raku, Jo Santos, Kristiano, Georgi Anton, Vladimir Kovaçeviç, Zigi Badibanqa, Mateo Suşiç, Rifet Kapiç, Vyaçeslav Posmak və Aleksandru Boyçuk çıxacaqlar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Aleksander Stavrev olacaq. Ona yan xətt hakimləri Maryan Kirovski, Deyan Kostadinov kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Dimitar Meçkarovski yerinə yetirəcək. Oyunun hakim-inspektoru belçikalı Yohan Verbist, UEFA nümayəndəsi isə latviyalı Yevgeni Milevski olacaq.

Oyun "CBC Sport” telekanalında birbaşa yayımlanacaq.

Bu komandalar arasında Moldovada keçirilmiş ilk görüş "Şerif” komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, iki oyunun nəticəsinə görə üstün olan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. "Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələcəyi təqdirdə bu uğura dördüncü dəfə nail olacaq.
OXŞAR XƏBƏRLƏR