AZXEBER.COM xəbər verir ki, Musiqili Teatrın tanınmış rejissoru Əhəd Hacıyevə ağır itki üz verib. Belə ki, rejissorun qardaşı İrad Hacıyev qəflətən dünyasını dəyişib.
Hacıyev İrad Ağahüseyn oğlu "İrşad Telekom" MMC-nin rəhbəri idi.
Gənc iş adamının ürəyi dayanıb.
1978-ci il təvəllüdlü İrad Hacıyevin ölümü ilə bağlı təfərrüatlı məlumat yoxdur.
Qeyd edək ki, Əhəd Hacıyev teatrda bir neçə tamaşaya quruluş verib.
Allah rəhmət etsin!