Qurban Qurbanov: "Bu, futbolçulara təzyiq yaradır"

Qurban Qurbanov: "Bu, futbolçulara təzyiq yaradır"
İDMAN
17:23 09.10.2018
4696
"Hazırlıq üçün çox vaxtımız olmadı. Bəzi oyunçular bizə gec qoşuldu. Riçard Almeyda dünən gəlib və bir məşq edib. Hamının oyuna qədər hazır olacağını və özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının III turunda Farer adaları ilə oyun üçün səfər ərəfəsində təşkil etdiyi mətbuat konfransında deyib.

Qurbanov "Yalnız qələbə: bu, təzyiqdi, yoxsa motivasiya?" sualına belə cavab verib: "Təzyiq var. Hamı qələbə gözləyir. Bu, futbolçulara təzyiq yaradır. Buna normal yanaşırıq. Məsuliyyət daha böyük olur. Bunu motivasiya kimi qəbul edirik".

Baş mşqçi Rüfət Dadaşovun uzun fasilədən sonra milliyə çağırılaması barədə danışıb: "Hamı özünü yaxşı tərəfdən göstərir. Problemimiz vaxtımızın çox az olmasıdı. Rüfət də komandaya gec qoşulanlardandı. Almeydandan bir məşq artıq edib. Onların gücünü tam bilmək üçün istədiyimiz məşqləri edə bilməmişik. Dadaşov yığmaya qayıtmasına şaddı. Şans verəcəyimiz təqdirdə özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. Dəfələrlə demişəm ki, heyətdə dəyişiklər ola bilər".

Qurban bəy Farer adalarına yolun uzun olmasının problem olduğunu bildirib: "Yolda 14 saat olmaq az deyil. Səfərdə iki təyyarədən istifadə edəcəyik. Hələ adaptasiyanı da keçmək lazımdı. Ən çətini oyundan sonra qayıtmaq olacaq. Ancaq başqa çıxış yolumuz yoxdu".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
23:21 05.03.2025
Türkiyədə keçirilən əməliyyatlarda 19 immiqrant saxlanıldı
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
23:13 05.03.2025
Türkiyədə yoldan çıxan yük maşını alovlandı
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
23:09 05.03.2025
Sumqayıtda evdə 62 yaşlı qadının meyiti aşkarlanıb
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək