Azərbaycanda növbəti doğuş faciəsi - Körpə öldü

Azərbaycanda növbəti doğuş faciəsi - Körpə öldü
SOSİAL
13:49 23.11.2018
2725
Mingəçevir şəhərində doğum evində yeni doğulan uşaq ölüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Fərhadova Ramilə Habil qızı noyabrın 20-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə qəbul olunub və oğlan uşağı dünyaya gətirib.

Noyabrın 22-də uşaq həmin şöbədə dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir.
OXŞAR XƏBƏRLƏR