Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
SOSİAL
13:49 21.01.2019
4449
Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.

Onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR