İlkin məlumatlara əsasən yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, zəlzələnin maqnitudası 4.5 bal olub. Zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***12:55***
Azərbaycanda 4,4 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM Trend-ə istinadla xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 12:27-də qeydə alınan yeraltı təklanların episentri Qaxdan 24 kilometr cənub-qərbdə, ocağı isə 60 kilometr dərinlikdə yerləşib.