Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür
SİYASƏT
11:22 15.06.2019
7888
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

AZXEBER.COM xatırladır ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı
01:46 14.10.2026
65 soyuducu qədər "işıq pulu" yazan cihaz açıqlandı
"Atletiko" - "Mançester Yunayted" matçı bir dəqiqəlik sükutla başlayacaq
01:33 14.10.2026
"Atletiko" - "Mançester Yunayted" matçı bir dəqiqəlik sükutla başlayacaq
"Times": Britaniya Folklend adalarını qorumaq üçün hərbi təlimlər keçirib
01:23 14.10.2026
"Times": Britaniya Folklend adalarını qorumaq üçün hərbi təlimlər keçirib
"Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri
01:10 14.10.2026
"Qalatasaray" - "Barselona" matçında beş qol: Çempionlar Liqasında günün nəticələri
XİN: Rusiya və ABŞ arasında növbəti məsləhətləşmələr ilin sonunadək keçirilə bilər
01:03 14.10.2026
XİN: Rusiya və ABŞ arasında növbəti məsləhətləşmələr ilin sonunadək keçirilə bilər
Taun, vəba və hərbi sirlər - Yapon jurnalist Rusiyada nəyi axtarırmış?
00:53 14.10.2026
Taun, vəba və hərbi sirlər - Yapon jurnalist Rusiyada nəyi axtarırmış?
Kiyev ardıcıl ikinci gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
00:46 14.10.2026
Kiyev ardıcıl ikinci gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
CNN: Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib
00:39 14.10.2026
CNN: Tupak Şakurun qətlini təşkil edən şəxs ömürlük həbsə məhkum edilib
ABŞ-nin Yunanıstandakı səfiri istefaya göndərilib
00:33 14.10.2026
ABŞ-nin Yunanıstandakı səfiri istefaya göndərilib
Mask yenidən həmin statusunu itirdi
00:26 14.10.2026
Mask yenidən həmin statusunu itirdi
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
00:20 14.10.2026
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını
00:12 14.10.2026
Kişilərin illərlə unuda bilmədiyi 3 BÜRCÜN qadını
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
00:06 14.10.2026
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
Netanyahu: İsrail Ərəb ordusunun İordaniyanın qərbində mövcudluğuna icazə verməyəcək
00:00 14.10.2026
Netanyahu: İsrail Ərəb ordusunun İordaniyanın qərbində mövcudluğuna icazə verməyəcək
Türkiyədə 80 nəfər qidadan zəhərlənib
23:59 13.10.2026
Türkiyədə 80 nəfər qidadan zəhərlənib
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
23:53 13.10.2026
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib