Sabiq deputat dünyasını dəyişdi

Sabiq deputat dünyasını dəyişdi
SOSİAL
17:05 15.09.2019
5271
Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.

AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, 81 yaşlı S.Məmmədov ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Soltan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 

1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR