Millət vəkili Prezidentə minnətdarlığını bildirib

Millət vəkili Prezidentə minnətdarlığını bildirib
SOSİAL
12:53 21.09.2025
707
Milli Məclisin deputatı, Azərbaycan–İsrail Parlamentlərarası İşçi Qrupunun rəhbəri Anatoliy Xaimoviç Rafailov Prezident İlham Əliyevin Yəhudi xalqına ünvanladığı təbrikə görə minnətdarlığını bildirib.

AZXEBER.COM xəbər verir ki, o, bu barədə deyib:

"Dərin hörmət və minnətdarlıq hissi ilə Azərbaycan Prezidentinin səmimi təbriklərini qəbul edirik, burada vurğulanır:

"Mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin tarixən hökm sürdüyü Azərbaycanda yəhudi icması xüsusi yer tutur. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər əsrlər boyu digər xalqların və konfessiyaların nümayəndələri ilə sülh, qarşılıqlı hörmət və etimad mühitində çiyin-çiyinə yaşayıblar”.

Bu sözlər təkcə bizim qəlbimizə toxunmur, həm də tarixi həqiqəti əks etdirir: yəhudi xalqı əsrlər boyu Azərbaycanın zəngin mozaikasının tərkib hissəsi olub. Burada, ortaq vətənimizdə özümüzü həmişə təhlükəsiz hiss etmişik, hörmət və dəstəklə əhatə olunmuşuq.

Biz dövlətin diqqət və qayğısına, dünyanın nadir yerlərindən biri olan müasir Azərbaycanda antisemitizmə, ksenofobiyaya, etnik-dini dözümsüzlüyə yer olmadığına görə minnətdarlığımızı bildiririk. Bu, bizim qorumalı və gücləndirməli olduğumuz böyük dəyərdir.

Yəhudi xalqı öz vətənlərini - Azərbaycanı sevir. Biz həmvətənlərimizlə birlikdə ölkənin rifahı naminə çalışmaqdan, onun şərəfini və müstəqilliyini qorumaqdan, gənc nəsli vətənpərvərlik, ədalətlilik, ümumi ideallara sədaqət ruhunda tərbiyə etməkdən qürur duyuruq.

Azərbaycan cəmiyyətinin bir parçası olmaq onun dərdinə, sevincinə şərik olmaq, hər uğurunda iştirak etmək deməkdir.

Yeni il təkcə təqvimin dəyişməsi deyil, həm də ruhun yenilənməsi, gələcəyə ümidlə baxmaq şansıdır. Yəhudi təqvimi ilə 5786-cı il quruculuq, firavanlıq və milli birliyin möhkəmlənməsi ili olsun.

Qoy Azərbaycan həmişə sülhün və qarşılıqlı hörmətin hər sınaqdan güclü olduğu, vətənpərvərliyin söz deyil, cəmiyyətə gündəlik xidmət olduğu bir diyar olsun. Millətindən, dinindən asılı olmayaraq hər bir vətəndaş özünü bir ailənin üzvü kimi hiss etsin.

Dua edirik ki, yeni ildə sülh günəşi həmişə Azərbaycana işıq saçsın, hər bir ev ruzi-bərəkət, sağlamlıq və sevinclə dolsun. Keçmişin müdrikliyi, bu günün ədaləti, gələcəyə olan parlaq ümid ölkəmizi yeni zirvələrə aparsın.

Yeni iliniz mübarək! Roş Ha-Şana mübarək! Azərbaycan və onun xalqı bərəkətli olsun!”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
09:46 28.10.2026
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
Akif Beybutov vəfat etdi - FOTO
09:37 28.10.2026
Akif Beybutov vəfat etdi - FOTO
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
09:28 28.10.2026
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu