Prezident İlham Əliyev İspaniya kralını təbrik edib

Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
SİYASƏT
18:22 11.10.2019
7713

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu göndərib.

AZXEBER.COM xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

OXŞAR XƏBƏRLƏR