Xətaidə avtomobildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan qardaşlar saxlanılıb.
AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, oktyabrın 24-də paytaxt sakini Elşən Rəhimov ona məxsus "İnfiniti” markalı avtomobilinin yaşadığı evin həyətində qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14 000 manat dəyərində 65 karat brilyant qaşların, 11 200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10 000 ABŞ dolları, 3 000 Avro və 1 500 manatının naməlum şəraitdə oğurlandığını bildirib.
Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69 458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub.
Qeyd edilən hadisəni törəkməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Qeyd edək ki, Rüfət Şahbazov və Mürüfət Şahbazov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.