Azərbaycanda ata oğlunu bıçaqladı

KRİMİNAL
17:25 11.11.2019
5577

Zərdabda ata oğlunu bıçaqlayıb.

AZXEBER.COM-un apa.az-a istinadən xəbərinə görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Rayon sakini, 1968-ci il təvəllüdlü Müşfiq Məsim oğlu İsmayılov ailədaxili münaqişə zəminində oğlu, 1995-ci il təvəllüdlü Rüfət Müşfiq oğlu İsmayılovu bıçaqlayıb.

Zərərçəkən əvvəlcə Zərdab Rayon Mərkəzi Xəstəxanasına, oradan da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR