Azərbaycanda yeni doğulan körpə öldü

Azərbaycanda yeni doğulan körpə öldü
SOSİAL
10:11 17.12.2019
1844
Yevlaxda yeni doğulan körpə ölüb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini Fəridə Xəlilova dekabrın 15-i saat 23 radələrində bətndaxili hipoksiya əlamətləri olan qız uşağı dünyaya gətirib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, körpə gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR