Beynəlxalq Olimpiya Komitəsinin üzvləri Yaponiya paytaxtına səs verib
2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Tokio seçilib.
AZXEBER.COM “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərar Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri arasında keçirilən səsvermə zamanı qəbul edilib.
“Bütün müraciətlər yüksək səviyyədə idi. Lakin qalib bir olmalıdır. BOK bəyan edir ki, Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio olacaq”, - deyə səsvermənin nəticələrini elan edən BOK prezidenti Jak Roqqe bildirib.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarının paytaxtı olmaq uğrunda Tokio, İstanbul və Madrid mübarizə aparıb.