Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb
SOSİAL
15:25 10.02.2020
2188
Bazar günü Bakıda dəm qazından zəhərlənən üç nəfərdən ikisi ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Fevralın 9-da səhər saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evin hamamında 26 yaşlı İman Hörmətovun meyiti tapılıb.

Bundan başqa bildirilir ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 14 yaşlı Nərgiz Həmmədli də dəm qazından zəhərlənərək ölüb.

Xəzər rayonunun Binə qəsəbəsində isə 16 yaşlı Fatimə Ağayeva dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR