Daxili işlər orqanlarında növbəti təyinat olub.
AZXEBER.COM-un Oxu.Az-a istinadən verdiyi məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, kapitan Rufan Həsənov Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ağstafa RPŞ-nın DYP-nin keçmiş bölmə rəisi Ramin Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, sərəncama götürülüb.