Vilayət Eyvazovdan daha bir TƏYİNAT

Vilayət Eyvazovdan daha bir TƏYİNAT
SOSİAL
11:22 08.03.2020
3236
Eldar Həsənov vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsində eyni vəzifəyə təyin edilib

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verib.

AZXEBER.COM-un "Qafqazinfo"-ya istinadən verdiyi xəbərə görə, nazirin əmri ilə Sumqayıt Şəhər Dövlət Yol Polisi İdarəsinin yol hadisələri üzrə inspektoru, polis polkovnik-leytenantı Eldar Həsənov vəzifəsindən azad edilərək Gəncə Şəhər Baş Polis İdarəsində eyni vəzifəyə təyin edilib.

E. Həsənov daha əvvəl Şəmkir rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 2019-cu ildə Sumqayıta təyin edilib.
OXŞAR XƏBƏRLƏR