TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

SAĞLAMLIQ
21:47 22.04.2020
2779
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 22-nə olan statistik göstəriciləri açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 457 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 108 221 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 38 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 518 yoluxma aşkarlanıb. Onlardan 907-si sağalıb, 20-si ölüb. Hazırda aktiv xəstə sayı 591-dir.
 

 


OXŞAR XƏBƏRLƏR