Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

SİYASƏT
00:14 28.05.2020
1008
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 28 May münasibətilə təbrik edib.

Bu barədə Mehriban Əliyeva "Instagram” profilindən foto paylaşıb.

Birinci vitse-prezident paylaşımında belə qeyd edib:

"Bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”
 

OXŞAR XƏBƏRLƏR