Azərbaycanda ər arvadını baltaladı

Azərbaycanda ər arvadını baltaladı
SOSİAL
14:56 31.05.2020
867
Beyləqanda münaqişə zamanı ər arvadını baltalayıb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Muradxanov Tahir Camal oğlu həyat yoldaşı olan rayon sakini 1970-ci il təvəllüdlü Cəfərova Dilruba Əli qızı ilə aralarında yaranmış mübahisə zamanı ona balta ilə xəsarətlər yetirib. 

Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR