Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü
SİYASƏT
17:43 07.08.2020
1218
Avqust ayının 7-də PA-nın şöbə müdiri Ədalət Vəliyev ilə Azərbaycan Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov arasında görüş keçirilib
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Azərbaycan Milli Hərəkat Partiyasının (MHP) sədri Samir Cəfərov arasında avqustun 7-də görüş keçirilib.
Görüşdə bir sıra məsələlər, o cümlədən ölkədə iqtidar-müxalifət dialoqu, COVİD-19 qarşı mübarizə tədbirləri və Azərbaycan-Ermənistan sərhədində son hadisələr müzakirə olunub.

İlk növbədə Ə.Vəliyev Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində  törətdiyi hərbi təxribata toxunub. Qeyd olunub ki, ordumuzun layiqli cavabı nəticəsində düşmən məqsədlərinə nail ola bilməyib. Digər tərəfdən bildirilib ki, mövcud sağlam siyasi mühitin nəticəsi olaraq 43 siyasi partiya birlikdə, 4 siyasi partiya isə ayrı-ayrılıqda Ermənistanın hərbi təxribatını pisləmiş və ölkəmizin bütövlüyü naminə Ali Baş Komandan ətrafında sıx birləşdiklərini bəyan etmişdirlər. 

Siyasi dialoqun nəticəsi kimi son bir neçə ay ərzində ölkədə 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən qeydiyyata alınmasını və 2 yeni siyasi partiyanın təsis Qurultaylarının keçirilməsi müsbət hal kimi qiymətləndirən S.Cəfərov yaxın bir dövrdə MHP-ın da qurultayının keçirilməsini planlaşdırdığını qeyd edib. 

Görüş zamanı tərəflər pandemiyaya qarşı mübarizə çərçivəsində ölkə başçısı tərəfindən zamanında verilən qərarların respublika ərazisində virusa yoluxma sayının azalmasına və əhalinin sağlamlığını maksimum qorumasına xidmət etdiyi barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda ikitərəfli görüş zamanı pandemiya dövründə bir çox sektorun karantin rejimi çərçivəsində fəaliyyətini dayandırması nəzərə alınaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən vətəndaşlara sosial və iqtisadi yardım paketlərinin hazırlanması məsələsinə də toxunulub. Bu istiqamətdə atılan addımların Azərbaycan hökumətinin daim xalqın yanında olduğunu sübutu kimi qiymətləndirilib.

Sonda ölkədə iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
20:11 18.04.2026
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü