"Barselona”nın yeni baş məşqçisi bəlli olub.
AzxeberSport-un məlumatına görə, bu barədə "El Mundo Deportivo” nəşri xəbər yayıb.
Kataloniya təmsilçisi niderlandlı məşqçi Ronald Kumanla razılaşıb.
"Barcelona"nın 57 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Kuman "AVRO-2020"dən sonra komandanın sükanı arxasına keçə bilər. Bu, onunla Niderland Kral Futbol İttifaqı arasında imzalanmış müqavilədə də öz əksini tapıb.