Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO
SOSİAL
18:32 17.08.2020
4047
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Astraxan” kiçik artilleriya gəmiləri, "SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Tərəflər "Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.





OXŞAR XƏBƏRLƏR