YAP Sivavuş Novruzova töhmət verdi: Toyda iştirak etdiyinə görə

YAP Sivavuş Novruzova töhmət verdi: Toyda iştirak etdiyinə görə
SOSİAL
13:06 22.08.2020
3055
YAP Siyavuş Novruzova töhmət verib.

COVID-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

AZXEBER.COM xəbər verir ki, bu haqda YAP-ın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.
OXŞAR XƏBƏRLƏR