Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Reanimasiyada olan xəstələrin sayı açıqlandı
SOSİAL
21:59 27.08.2020
546
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 27-nə olan statistik göstəriciləri açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 956 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 148 nəfər reanimasiyada, 11 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 35 844 nəfər virusa yoluxub, 33 364 nəfər sağalıb.

Bu gün 6 422 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 898 492 test aparılıb.

Qeyd edək ki, bu gün 137 koronavirusa yoluxma faktı qeydə alınıb, 83 nəfər sağalıb, 2 nəfər ölüb.
OXŞAR XƏBƏRLƏR