Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı

Bakıda Aşura mərasimi keçirmək istəyənlər saxlanıldı
SOSİAL
20:57 30.08.2020
1094
Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin "Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, onlar ərazidə xidmət aparan RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib olunub.
OXŞAR XƏBƏRLƏR