Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından 44 nəfər ölüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir bildirib ki, son 24 saatda 110 102 şübhəli koronavirus testindən keçib, onlardan 1587-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 961 nəfər olub, 1087 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 270 133 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 244 926 nəfər sağalıb, 6370 nəfər ölüb.