Bakıda mənzildən qadın meyiti tapıldı

Bakıda mənzildən qadın meyiti tapıldı
SOSİAL
21:49 13.02.2021
598
Bakıda mənzildən meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyini məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1934-cü il təvəllüdlü Sidnikova Raisa İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
OXŞAR XƏBƏRLƏR