Azərbaycanda 12 yaşlı uşaq intihar etdi

Azərbaycanda 12 yaşlı uşaq intihar etdi
SOSİAL
17:53 27.03.2021
9045
Ucar rayonunda 12 yaşlı uşaq intihar edib.

Hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR