Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi
SİYASƏT
10:08 21.04.2021
695
"Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir".

Bunu AZXEBER.COM-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Ermənistan XİN-in Azərbaycan Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərhinə cavab verən XİN rəsmisi deyib: "Dövlət başçımızın fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və "əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” - deyə vurğulayıb. Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.

Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb.

Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
20:06 10.10.2026
Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər
ABŞ-də atışma: ölənlər var
19:56 10.10.2026
ABŞ-də atışma: ölənlər var
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
19:42 10.10.2026
Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
19:34 10.10.2026
Zelenski: Ukrayna yaxın günlərdə F-16 qırıcıları üçün sursat alacaq
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
19:29 10.10.2026
Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizələri 7 medalla başa vurublar
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
19:22 10.10.2026
Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
19:16 10.10.2026
Finlandiyanın Baş naziri ruslara turist vizalarının dayandırılmasını tələb edib
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
19:10 10.10.2026
Londonda İsrailə silah tədarükünə qarşı yürüş keçirildi
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
19:06 10.10.2026
Ferstappen "Formula 1" üzrə Sinqapur Qran-prisinin təsnifat mərhələsini qazanıb
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
19:00 10.10.2026
Misli Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
18:55 10.10.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
18:49 10.10.2026
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Nazir Məcnun Məmmədov Çində səfərdədir
18:43 10.10.2026
Nazir Məcnun Məmmədov Çində səfərdədir
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
18:41 10.10.2026
Husilər yenidən Ər-Riyad aeroportuna hücum edib
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var