Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq
SOSİAL
13:56 24.06.2021
376
Sabahdan Bakıda 108B nömrəli marşrut xətti ("Azadlıq prospekti” metrostansiyası –  Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yayıb.

Qeyd edilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR