Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi
SİYASƏT
17:31 19.07.2021
1380
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pəncab əyalətində baş vermiş qəza ilə bağlı Pakistana başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bunu C. Bayramov öz tvitter hesabında yazıb.

"Pakistanın Pəncab əyalətində baş vermiş dəhşətli avtobus qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Allah qəza qurbanlarına rəhmət etsin, yaralılara isə tezliklə şəfa versin. Həlak olanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığımızı veririk”, - deyə nazir bildirib.

Qeyd edək ki, Pakistanın Pəncab əyalətində yük maşını ilə avtobus toqquşub, nəticədə 30 nəfər həlak olub, 40-dan çox sərnişin xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR