Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
DÜNYA
22:04 29.07.2021
1171
Türkiyədə bu günə olan koronavirus statistikası açıqlanıb.

"Haber Global”ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 22 mini keçib.
 
Belə ki, son 24 saat ərzində 261 198 nəfərin COVID-19 testi yoxlanılıb. Onlardan 22 161-nin cavabı müsbət çıxıb.

Həmçinin, gün ərzində 60 nəfər koronavirusun qurbanı olub.

Bununla yanaşı, sutka ərzində ölümcül virusdan sağalanların sayı 5463 nəfər təşkil edib.
OXŞAR XƏBƏRLƏR