Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
DÜNYA
22:12 02.08.2021
1118
Türkiyə Səhiyyə Nazirliyi koronavirusla bağlı günlük statistikanı açıqlayıb.

"Haber Global” məlumat verir ki, avqustun 2-də ölkədə 270 426 nəfərin COVID-19 testi yoxlanıb.

Günlük yoluxma sayı 22 898 nəfər təşkil edib.

Həmçinin, son 24 saat ərzində 91 nəfər koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, Türkiyədə ölümcül virusdan sağalanların sutkalıq sayının 5 947 nəfərə çatdığı bildirilib.
OXŞAR XƏBƏRLƏR