Rafael Nadal zədə səbəbindən mövsümü başa vurdu

Rafael Nadal zədə səbəbindən mövsümü başa vurdu
İDMAN
19:33 20.08.2021
1260
İspaniyalı məşhur tennisçi Rafael Nadal 2021-ci ildə heç bir yarışda iştirak etməyəcək.

35 yaşlı idmançı bu barədə rəsmi tvitter hesabında bildirib.

O, ayağından aldığı zədə səbəbindən mövsümü başa vurduğunu yazıb.

Qeyd edək ki, Rafael Nadal bu il Tokio-2020 Yay Olimpiya Oyunlarına və "Uimbldon" turnirinə də qatılmayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR