16 yaşlı qız atasından hamilə qaldı

16 yaşlı qız atasından hamilə qaldı
DÜNYA
14:21 26.08.2021
832

16 yaşlı qızın anası tərəfindən aparıldığı xəstəxanada hamilə olduğu ortaya çıxıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.

Uşağın atası tərəfindən cinsi istismara məruz qaldığını və intihar edəcəyini bilən həkim vəziyyəti xəstəxananın polisinə bildirib. Psixoloqlar qrupunun müayinəsindən sonra ifadəsini almaq üçün uşağı və anasını polis bölməsinə aparıblar.

Hadisədən sonra ifadəsi alınan uşaq atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib. İfadə verdikdən sonra nəzarətə alınan ata çıxarıldığı məhkəmədə həbs edilib.

Aparılan araşdırmalardan sonra yeniyetmə qızın atası tərəfindən 2 ildir cinsi istismara məruz qaldığı ortaya çıxıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR