Sürücülərin nəzərinə: Bəzi küçə və prospektlərdə tıxac var

Sürücülərin nəzərinə: Bəzi küçə və prospektlərdə tıxac var
SOSİAL
10:35 17.09.2021
242
Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
 
AZXEBÜR.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti - əsas və kənar yol Atletlər kəndinin qarşısından Heydər Əliyev Mərkəzi istiqamətində, Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti ilə kəsişmədə, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Tbilisi prospekti - 20 Yanvar dairəsi və şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bununla yanaşı, Koroğlu Rəhimov küçəsi - Həsən Əliyev küçəsi istiqamətində və Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində də nəqliyyatın hərəkətində sıxlıq var.
OXŞAR XƏBƏRLƏR