Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı
SOSİAL
13:40 20.09.2021
399
Bakı metrosunda problem yaranıb. 

Bu barədə AZXEBER.COM-a "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, xəttə buraxılmış sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi” stansiyasında köməkçi qatar verilib. Köməkçi qatardan sərnişinlər düşürülüb və sınaq qatarı xətdən çıxarılıb.

Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub.
OXŞAR XƏBƏRLƏR