Gəncədə tələbə bıçaqlandı

Gəncədə tələbə bıçaqlandı
SOSİAL
22:06 30.10.2021
409
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb.

Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.

Hadisənin səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR