"Boş qalan həmin 3 min yerin yarısı dolacaq, digərləri isə..." - Təhsil eksperti

"Boş qalan həmin 3 min yerin yarısı dolacaq, digərləri isə..." - Təhsil eksperti
SOSİAL
16:32 25.08.2025
972
Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub.

İxtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.
 
Boş qalan yerlərə ixtisas seçimi isə avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
 
Bəs, niyə bu il ixtisas qrupları üzrə məhz 3 min yer boş qaldı? Məgər, ali təhsil almaq istəyənlərin sayı azalıb, yoxsa bu plan yerləri sonradan dolacaq?
 
Əgər dolacaqsa, tam dolacaq, yoxsa yenə boş yerlər qalacaq?
 
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında bu il Ali Təhsil Müəssisələrinə qəbul olmuş abituriyentlərin statistikasını təqdim edib:
 


"Nəzərinizə çatdırım ki, Ali Təhsil Müəssisələrinin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 90 min üzəri müraciət daxil olmuşdu və onlardan yalnız 88756 nəfər müvafiq müsabiqə şərtlərini ixtisas qrupları üzrə ödədiyi üçün müsabiqəyə qatılmışdı. Onların içərisində 57236 nəfər Ali Təhsil Müəssisələrinə qəbul aldı. Hazırda isə müvafiq olaraq ixtisas qrupları üzrə boş qalan yerlər formalaşıb, 1-ci ixtisas qrupu üzrə 1953 yer, onlardan 895-i dövlət sifarişi üzrə qalıb. Demək olar ki, ən çox plan yeri boş qalan yer 1-ci ixtisas qrupundadır. Sonrakı sırada 2-ci ixtisas qrupu gəlir, burada 293 yer boş qalıb, dövlət sifarişi üzrə isə ümumiyyətlə yer qalmayıb. Ondan sonrakı sırada əsasən gəlir 5-ci ixtisas qrupu, burada 289 plan yeri boş qalıb, onlar da 67-i dövlət sifarişi üzrə plan yerləridir. Ondan sonrakı sırada gəlir 3-ci ixtisas qrupu, burada 243 yer qalıb, onlardan dövlət sifarişi üzrə ümumiyyətlə yer qalmayıb.
 
Nəhayət, sonuncu sırada dövlət ixtisas qrupu gəlir ki, burada 225 boş qalan plan yeri var, onların da hardasa 103-ü dövlət sifarişli plan yerləridir. Ümumiyyətlə, ən çox plan yeri 1-ci ixtisas qrupunda qalıb. Buna da səbəb ondan ibarətdir ki, bu il kimya alt qrupu üzrə müvafiq müsabiqə şərtlərini ödəyən abituriyent sayı olduqça az idi və əlbəttə ki, o nöqteyi-nəzərdən kimya alt qrupu üzrə daha çox plan yeri 1-ci ixtisas qrupunda qalmaqdadır. Qeyd edim ki, burada abituriyentlərin məhz müsabiqədə iştirakçı sayına baxsaq, kifayət qədər çoxluq təşkil edib, sadəcə niyə kənarda qalıblar, seçimlərin düzgün aparılmaması və yaxud da ixtisaslar üzrə bağların daha artıq formalaşması və digər amillər təsir edib ki, nəticə etibarilə də 3000-dən çox plan yerində boşluq qalır".
 
Təhsil mütəxəssisi qeyd edib ki, həmin 3 min yer uğrunda 30 min abituriyent mübarizə aparacaq:
 
"Burada təhsil almaq istəyən abituriyentlərin say azlığını biz əsas götürə bilmərik. Çünki dediyim kimi, 90 min üzəri abituriyent Ali Təhsil Müəssisələrinin 1-ci, 2-cü, 3-cü, 4-cü qrup üzrə təxminən 10 min nəfərdən çox da 5-ci ixtisas qrup üzrə müsabiqədə iştirak edəcəyini qeyd etmişdi. Onlardan da 88756-sı müsabiqəyə buraxılmışdı və 62 mindən çox plan yeri uğrunda 57 min nəfərdən çox şəxs qəbul oldu. Sadəcə, hazırkı vəziyyətdə belə 3000 boş yer uğrunda kifayət qədər abituriyent mübarizəyə qatıla bilər. Ümumilikdə, nəzərə alsaq ki, dolan plan yerlərinin yəni 57336-ı plan yerləri olub, müraciət edən abituriyentlərin sayı isə 31520 nəfərdir. Təsəvvür edin ki, 30520 nəfər 3 mindən çox plan yeri uğrunda mübarizə aparacaq. Burada nəzərə alsaq, təxminən o deməkdir ki, 2-ci turda hər 10 nəfərdən 1 nəfərin qəbul olmaq ehtimali var. Əlbəttə ki, 2-ci turda 3 min yerin bizim fikrimizcə, ən azı 1500-1600-ü dolacaq, yerdə qalanlar isə təəssüf olsun ki, boş olacaq".

Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?
10:24 07.08.2026
Şəxsi büdcənizi nəzarətdə saxlamaq üçün bank hesabı niyə vacibdir?