Pensiya alanlara ŞAD XƏBƏR

İQTİSADİYYAT
11:26 06.11.2021
5024
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayına aid pensiyalarının ödənişi həyata keçirilib.

Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək və ödəniş tarixi ilə bağlı əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR