8 noyabr - "Zəfər Günü” ilə bağlı Şəmkir rayonunda bir sıra tədbirlər həyata keçirilir.
AZXEBER.COM xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Kür qəsəbə körpələr evi-uşaq bağçasının balacaları "Zəfər Günü"nü rayonun Şəhidlər xiyabanında qeyd ediblər.
Körpələr dillərdə dastan olan "Xudayar təsnifi"ni səsləndirərək Qarabağ müharibəsi qəhrəmanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhid məzarları üzərinə güllər qoyublar.
Sözügedən ziyarət zamanı çəkilən görüntüləri təqdim edirik: